Xalq artisti Firəngiz Mütəllimova fobiyasından danışıb.
O bu haqda Milli.Az-a bildirib: “Avtomobil idarə edə bilmirəm, dəhşətli dərəcədə fobiyam var. Ona görə də özümüzə sürücü tutmuşuq, hara lazımdırsa, bacım Nərgizlə məni aparıb-gətirir. Bir dəfə qəza keçirmişəm, ondan sonra qorxmuşam. İndi də sürücüyə deyirəm ki, yavaş sür. O anı hələ də xatırlayıram”.