Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin qalmaqallı videosu yayılıb.
BAKU.WS-in məlumatına görə, Saakaşvili Ukraynanın Təhlükəsizlik xidmətinin və Ukraynanın Baş prokurorluğunun əməkdaşlarını yaramaz adlandırıb. Bu barədə jurnalist Roman Boçkal Facebook-da video yerləşdirib.
Saakaşvili Gürcüstanın Ukraynadakı keçmiş baş konsulu Teymuraz Nişnianidzenin kabinetinə girməyə çalışarkən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisə yaşayıb.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Odessa vilayəti dövlət administrasiyasının binasında axtarışa başlayıb. Binada axtarışlar Nişnianidzenin fəaliyyətiylə əlaqədar “ƏDV-in qanunsuz kompensasiyası fakt üzrə cinayət işi”nin araşdırılması çərçivəsində həyata keçirilib.