Rusiyanın Stavropol diyarının Minvod mərkəzi xəstəxanasında kütləvi dava zamanı rus gənci öldürən ermənilərə hökm oxunub. ANS PRESS-in məlumatına görə, məhkəmə davanın 27 iştirakçısına ittiham elan edib.
Ən böyük həbs müddətini davanın səbəbkarı Andranik Çakanyan alıb. Sakanyan cəzasını ciddi rejimli kolonda çəkməklə 15 il azadlıqdan məhrum edilib.
Məhkəmə rus gəncin ölümündə iştirak etmiş digər erməniləri hadisədə rolundan asılı olaraq səkkiz aydan iki ilə qədər məhkum edib. Kütləvi davanın daha altı fiqurantına qarşı cinayət işi davam edir.
Minvod mərkəzi xəstəxanasında kütləvi dava 2014-cü ildə baş verib. Sentyabrın 26-da 40-a yaxın erməni Stavropolda yerləşən Minvod mərkəzi xəstəxanasında kütləvi dava törədiblər. Mərkəzi rayon xəstəxanasının müşahidə kamareları tərəfindən bu özbaşınalıq qeydə alınıb.
Görüntülərdə qafqazlı olduqları ehtimal edilən 40-a yaxın gəncin xəstəxanaya girdiyi müşahidə olunur. Daha sonra onların erməni olduğu bəlli olub. Sentyabrın 26-da Minvod mərkəzi xəstəxanasında kütləvi dava zamanı döyülən 31 yaşlı Anatoli Larionov ölüb. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.