1464336107_muge-anl-resimleri-27

Türkiyənin məşhur aparıcısı Müge Anlı canlı yayımda isyan edib.

BAKU.WS-in məlumatına görə, proqramda telefon fırıldaqçıları ilə məsələyə münasibət bildirən xanım aparıcı bu dələduzluq hadisəsi ilə bağlı hüquq-mühafizə orqanlarına səslənib.

Müge Anlı bildirib ki, polis telefonla insanlara zəng edib pullarını alan dələduzlara qarşı ciddi tədbir görməlidir. Bütün xəbərdarlıqlara baxmayaraq fırıldaqçıların eyni üsullarla vətəndaşları aldatmasına əsəbiləşən aparıcı maraqlı təklif verib: “Sizə heç kim zəng edib pul istəyə bilməz. Məndən sizə icazə, onların anasını, arvadını söyün”.

Müge Anlının bu təklifi Türkiyə mətbuatında böyük maraq yaradıb.

loading...