Londonda IDEA-nın təşəbbüsü ilə “Canlı həyat” (Live Life) adlı sərgi açılıb. Modern.az saytı xəbər verir ki, sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.
Ekspozisiyada IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın, rəssamlar Rahim Çopurov, Nailə Sultan, Culian Melkiori, Məryəm Ələkbərli, Ləman Həsənova, Nok Kural, videoqraf Timur Özdəmirov və fotoqraf Teo Allofzun əsərləri nümayiş olunur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkələrdəki hesabında həmin sərgidən çəkilən bir neçə foto paylaşıb. Həmin fotolardan biri də Leyla Əliyevanın bibisi Sevil Əliyeva ilə fotosudur. Maraqla qarşılanan həmin fotonu Leyla Əliyeva #LiveLife (həyatını yaşa) həştaqı ilə paylaşıb.