Bir müddət əvvəl arıqlamağa başlayaraq fanatlarını qorxudan aktrisa Ancelina Colinin yeni fotoları yenidən onunla bağlı müəyyən şayiələri gündəmə gətirib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bir neçə gün əvvəl qızı Vivienne ilə Hollivudda görüntülənən 40 yaşlı ulduz geyindiyi libasla arıqlığını qabarıq şəkildə büruzə verib.
Qeyd edək ki, aktrisanın qorxudan belə olduğu da deyilir. O, nəsillərində olan xərçəng xəstəliyinin ona da keçməsinin qarşısını almaq üçün yumurtalığını və döşlərini əməliyyat etdirib. Lakin yenə də xəstə olacağından ehtiyat edir.
Digər versiya isə aktrisanın qidalanma probleminin olmasıdır. Bu iddialara görə, Coli artıq yemək yeyə bilmir. Anoreksiya xəstəliyinə yoluxan aktrisanın həyat yoldaşı Bred Pitt də onu yemək yeməyəcəyi təqdirdə boşanacağı ilə təhdid edir.
Yeni səsləndirilən versiyada isə Colinin Kambocada çəkdiyi filmdə əsir və aclıqdan əziyyət çəkən insan rolunu canlandıran aktyorları daha yaxşı anlaması üçün arıqladığı deyilir.
Xatırladaq ki, bir müddət əvvəl adı açıqlanmayan dünya şöhrətli bir həkim Colinin vəziyyəti haqda açıqlama verib. O, aktrisadakı əlamətlərin xərçəng xəstəliyinə bənzədiyini vurğulayıb:
“Müalicə alıb almadığını bilmirəm. Ancaq bu sürətlə çəkisini itirməyə davam edərsə, Ancelina onu sevənləri gözü yaşlı qoyacaq”.
Eyni zamanda son zamanlar aktrisanın həyat yoldaşı Bred Pittin ona xəyanət etdiyi də deyilir.