Rusiyada baş verən maraqlı hadisə avtomobili bloka düşən sürücü də daxil hər kəsi təəccübləndirib.
Avtosfer.az xəbər verir ki, yolda əyləci basıb arxadakı avtomobilin hərəkətinə mane olan “Hummer H1″in sürücüsü bir nəfəri maşına mindirir və asta-asta, həm də dayanaraq hərəkət edir. Arxadakı səbirsiz sürücü isə siqnaldan əlini çəkmir. “Hummer”in sərnişini əlində noutbuk maşından düşərək dayanmadan siqnallayan sürücünün avtomobilini bloka salır və avtomobil sönür. Haker olduğu bildirilən sərnişin dərhal avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşır.