Həyat yoldaşı Rza Zərrabın həbsinə görə, sənətinə bir müddət ara verən Ebru Gündeş yenidən konsertinin məşqlərinə başlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin sosial media hesabından paylaşdığı video ağıllara məhbus həyat yoldaşını gətirib.
Son günlər E.Gündeşlə R.Zərrabın ayrılacağıyla bağlı xəbərlərin ardınca, bu videonun ortaya çıxması, insanları şayiələrə inandırıb.
Qeyd edək ki, müğənni “Söyleyin” mahnısını məşq prosesi zamanı çəkərək, paylaşıb. Şərhlərdə Ebrunun videonu Rza Zərraba ünvanlandığı yazılır.