Belçikanın Flandriya ərazisində terror təşkilində şübhəli bilinən 4 terrorçu həbs olunub.
Axar.az xəbər verir ki, bu haqda məlumatı Belçika Federal Prokurorluğu yayıb.
Verilən məlumata görə, sözügedən şəxslər Belçika ərazisində İŞİD-in təbliğatını aparmaq və Suriya, Liviya ərazisinə yollanmağa potensial terrorçu axtarmaqda uzun müddətdir ki, şübhəli qismində izlənilib.