“Şimali Koreya lideri Kim Çen İn ilə nüvə danışıqları aparmaq istəyən ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın fikirlərini ciddi hesab etmirik”.
Axar.az xəbər verir ki, bu sözləri Şimali Koreyanın İngiltərədəki səfiri Hyun Hak Bong deyib.
O, açıqlamasıda Trampın səsləndiriyi fikirlərin seçki təbliğatı olduğunu və manevr xarakteri daşıdığını bildirib: “Seçki kampaniyaları zamanı müxtəlif fikirlər səsləndirirlər. Lakin iqtidara gələn kimi Şimali Koreyaya qarşı düşmən münasibət göstərirlər. Trampın təklifi populyar aktyorun şousudur. ABŞ-la münasibətləri nizama salmaq barədə düşünmürük”.
Qeyd edək ki, Tramp bir müddət öncə Şimali Koreya lideri Kim Çen İnlə nüvə danışları aparmağa hazır olduğunu açıqlamışdı.