Ukrayanın Milli Qəhrəmanı, Rusiya məhkəməsi tərəfindən 24 il həbs cəzası almış Nadejda Savçenko azad olunub.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, ölkə prezidenti Pyotr Poroeşnkonun təyyarəsində vətəninə dönür. Onu Ukraynada məhkum olunmuş rusiyalı hərbçilər Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla dəyişiblər.
Savçenkonun təyyarəsi Rusiyadan Ukraynaya uçarkən paralel olaraq Ukraynadan Rusiyaya uçan təyyarə də rusiyalı hərbçiləri vətəninə gətirir.