Azyaşlı qıza təcavüz etdiyi üçün həbs olunan Adam Conson həbsxanada özünə yeni iş tapıb.
ANS PRESS-in məlumatına görə, bundan əvvəl təmizlik işlərinə baxan İngiltərə milli komandasının sabiq futbolçusu indi bərbərlik edir.
Son olaraq “Sanderlend”də forma geyinən futbolçu gün ərzində 6 saat işləməklə həftəyə 20 funt sterlinq qazanır. Conson son olaraq çıxış etdiyi “Sanderlend” klubunda həftəyə 60 min funt sterlinq qazanırdı.
Məşhur futbolçu 15 yaşlı qıza təcavüz etdiyini etiraf edib. İngiltərə yığmasının və “Sanderlend” klubunun sabiq futbolçusu Adam Conson 15 yaşlı qıza təcavüz etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum olunub. 28 yaşlı A.Conson ona qarşı irəli sürülmüş 4 ittihamdan ikisini qəbul edib. Futbolçu əvvəl 15 yaşlı qızla münasibəti olduğunu deyib, amma onunla intim əlaqəyə girdiyini etiraf etməyib.
Consonun 10 il həbs olunması tələb edilsə də, hakim İngiltərə yığmasının şərəfini qorumuş futbolçunu 6 il azadlıqdan məhrum edib.
Conson qızla münasibəti olduğunu etiraf etdikdən 1 gün sonra “Sanderlend” klubu futbolçunu komandadan qovub. Futbolçu ötən ilin mart ayında həbs olunsa da pulla zaminə buraxılıb. A.Conson İngiltərə yığma komandasının heyətində 12 dəfə meydana çıxıb. 2010-2012-ci illərdə “Mançester Siti”də oynamış Adam Conson sonradan “Sanderlend”ə transfer olunub.