Eyüp səmtində təşkil edilən konsertdə çıxış edən türkiyəli müğənni Mustafa Ceceliyə hücum olunduğu xəbəri yayılıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənniyə 4 nəfərlik qrupun hücum etdiyi və təhlükəsizlik qüvvələrinin bunun qarşısını aldığı bildirilir. Xəbəri internet saytlarından oxuyan M.Ceceli açıqlama vermək məcburiyyətində qalıb: “Hücum cəhdi və s. kimi yalan xəbərlərə inanmayın”.