Əməkdar artist Manana haqqında yayılan şayiələrə cavab verib.
Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişinə açıqlamasında saçlarının tökülməsi, xəstəliyə tutulması xəbərlərinin yalan olduğunu deyib:
“Saçlarımın tökülməsi dedi-qodulara səbəb oldu. Ana olandan sonra hər bir qadının saçı tökülür. Oğlum dünyaya gələndə 2-3 ay bundan əziyyət çəkdim, indi yaxşıdır. Mən heç saçlarıma rəng də qoymuram”.
Manana heç vaxt pəhriz saxlamadığını deyib:
“42 kiloqramam. Heç bir pəhriz saxlamıram. Çox yemək görəndə halım pisləşir. Anam mənə “cücə” deyir. Arıq olmaq məncə yaxşıdır”.