İŞİD-in sözçüsü Əbu Məhəmməd Adnaninin 31 dəqiqəlik səs yazısı yayılıb.
Axar.az xəbər verir ki, Adnani təşkilatın yeni terror hücumuna hazırlaşdığı barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, silsilə hücumlar Ramazan günlərində gerçəkləşəcək. Terrorçu Qərbdə yaşayan təşkilat üzvlərinə “Olduğunuz yerlərdə hücuma keçin” deyə, təlimat verib:
“İmkanlarımız əl vermədiyi üçün aramıza qoşulmaya bilərsiniz. Amma öz ölkənizdə geniş miqyasda hücum hazırlayın. Onları ürəyindən vurun”.
Adnani bir neçə gündən sonra Avropa və ABŞ-da böyük hücumlar reallaşdıracaqlarını deyib.