Braziliyanın Seara ştatında yerləşən iki həbsxana kompleksində baş verən qiyam nəticəsində ən azı 14 məhbus həlak olub.
“Report” xəbər verir ki, bu barədə bazar ertəsi yerli hakimiyyət orqanları məlumat yayıb. “Diario Correo” portalı yazır ki, dustaqlar arasında toqquşma ötən bazar Braziliyanın penitensiar sistemi işçiləri tərəfindən elan olunmuş tətil fonunda başlayıb. Ölənlər 21-46 yaş aralığında olan şəxslərdir, öldürülən 14 nəfərdən 8-nin şəxsiyyəti müəyyənləşib. Polisin həbsxanalardan birində qiyamçıları sakitləşdirmək üçün apardığı əməliyyat nəticəsində yeraltı tunel aşkar olunub.
Lakin məhbusların qaçması barədə hələ ki, məlumat yoxdur.