1413274263

 

İraq Regional Kürd Rəhbərliyinin sədri Məsud Bərzani 40-50 milyonluq kürd millətinin dövlətə ehtiyacı olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, İsveçrədə nəşr olunan “Neyşn” (The Nation) qəzetinə danışan Bərzani kürdlərin 4 hissəyə bölündüyünü deyib:

“4 hissəyə bölünmüşük. Hər birinin vəziyyəti fərqlidir. Buna görə hər parça mərkəzi hökumətlə həll yollarını axtarmalıdır. İraq Kürdüstanı müstəqillik üçün hazırdır”.

Kürd lider İraqda müstəqillik referendumunun bu il keçirilə biləcəyini qeyd edib.

Bərzani Mosulun İŞİD-dən azad edilməsi üçün hazırlıq işlərinin getdiyini də deyib:

“Mosulu azad etməyə hazırıq. Lakin İraq və ABŞ-ın hücum planı tam hazır olduqdan sonra hərbi əməliyyatlar başlayacaq. Mosulun azad edilməsində ən əsas məsələ döyüşdən sonra necə idarə olunacağıdır”.