Türkiyə baş nazirı Binalı Yıldırım prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra yeni hökumətin tərkibini açıqlayıb.
Modern.az saytı xəbər verir ki, yeni hökumətin tərkibində sabiq baş nazir Ahmet Davudogluna yaxın şəxslərin adı yoxdur. Amma bu dəfə hökümətdə təmsil olunan millət vəkilləri Türkiyənin əksər bölgələrini təmsil edir. Türkiyə mediasında yayılan məlumata görə, yeni hökemətdə təmsil olunanlardan biri də elm, sənaye və texnologiya naziri təyin olunan Faruk Ozlüdür. Maraqlıdır ki, Faruk Ozlünün bacısı bu xəbəri işlədiyi bazarda alıb.
Faruk Ozlünün nazir olduğunu öyrənən 63 yaşlı Mürvet Çolaka mediaya açıqlamasında qardaşının olduqca çalışqan, dürüst, istədiyini əldə edən biri olduğunu vurğulayıb.