Müğənni Alsu yeni klipini təqdim edib.
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 32 yaşlı ifaçı klipdə hamilə vəziyyətdə çəkilib. O, görüntülərdə geniş libaslardan istifadə edib.
Qeyd edək ki, Alsu azərbaycanlı biznesmen Yan Abramovla ailəlidir. Cütlüyün 9 yaşlı Safine və 7 yaşlı Mikkel adlı iki qız övladı var. Müğənni 3-cü övladını sentyabrda dünyaya gətirəcək.