Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.
Nazirlər Kabinetindən BAKU.WS-ə verilən məlumata görə, Bakının Yasamal rayonundakı (“Sovetski” adlandırılan məhəllə) bəzi yaşayış və qeyri-yaşayış obyektləri “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”ndan çıxarılıb.
Həmin obyektlər aşağıdakılardır:
– Şollar su kəmərinin su yayma qülləsi XIX əsrin sonu, S.Rəhimov və A.Şaiq küçələrinin tini;
– Yaşayış evi 1914-cü il, Zərgərpalan küçəsi, 43;
– Yaşayış evi 1900-cü il, S.Rəhimov küçəsi, 44;
– Yaşayış evi 1900-cü illər, M.Sübhi küçəsi, 48;
– Yaşayış evi 1903-cü il, M.Sübhi küçəsi, 60;
– Yaşayış evi 1900-cü il, M.Sübhi küçəsi, 61;
– Yaşayış evi 1908-ci il, M.Sübhi küçəsi, 63;
– Yaşayış evi 1902-ci il, M.Sübhi küçəsi, 65;
– Yaşayış evi 1907-ci il, M.Sübhi küçəsi, 67;
– Yaşayış evi 1916-cı il, M.A.Əliyev küçəsi, 102;
– Yaşayış evi 1900-cü il, M.A.Əliyev küçəsi, 115;
– Yaşayış evi 1900-cü il, M.A.Əliyev küçəsi, 124;
– Yaşayış evi 1890-cı il, M.A.Əliyev küçəsi, 126;
– Yaşayış evi 1915-ci il, M.Fətəli küçəsi, 13;
– Yaşayış evi 1900-cü il, M.Fətəli küçəsi, 25;
– Yaşayış evi 1900-cü il, M.Fətəli küçəsi, 43;
– Yaşayış evi 1909-cu il, M.Fətəli küçəsi, 45;
– Yaşayış evi 1902-ci il, M.Fətəli döngəsi, 18;
– Hamam 1888-ci il, M.Muxtarov küçəsi, 83;
– Yaşayış evi 1892-ci il, Ç.Mustafayev küçəsi, 53;
– Yaşayış evi 1885-ci il, Ç.Mustafayev küçəsi, 57-59;
– Yaşayış evi 1896-cı il, Ç.Mustafayev küçəsi, 69;
– Yaşayış evi 1892-ci il, Ç.Mustafayev küçəsi, 89.