SSRİ-nin dağılmasına görə çox peşmanam.
Axar.az xəbər verir ki, bu sözləri SSRİ-nin son rəhbəri Mixail Qorbaçov İngiltərənin “Sandey Tayms” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, SSRİ-nin çöküşünü Vaşinqton böyük sevinclə qarşılamışdı:
“Bəlii etməməyə çalışsalar da, amerikalılar əsas rəqiblərini zərərsizləşdirdiklərinə görə məmnunluq hissi keçirirdilər. Onlar masanın altında böyük həzzlə əllərini ovuşdururdular. ABŞ SSRİ-nin dağılmasından sonra dünyanın ağası olacağını düşündü. Demokratik yolda Rusiyaya yardım əlini uzatmadı. SSRİ-nin yaratdığı inamı ABŞ məhv etdi. Mən də daxil olmaqla, xalqın kiçik bir hissəsi hələ də SSRİ-nin yenidən bərpa olunmasını istəyirik”.