1464004650_agaoglu-nun-paralarini-sayan-sunucu-cnn-turk-8461844_9723_m

Canlı yayında qonaq olan məşhur türk iş adamı Ali Ağaoğlunun cibindəki pulu alaraq sayan aparıcı işdən qovulub.

BAKU.WS-in məlumatına görə, aparıcı Ekin Olcaytonun CNN Türkdəki vəzifəsinə son verilib.

Təcrübəli aparıcı bir ay əvvəl işə başladığı kanalla yollarını ayırıb. Olcaytonun kanal ilə yollarını ayırmasına məşhur iş adamı Ali Ağaoğlu proqramın səbəb olduğu iddia olunur.

İddiaya görə, Olcaytonun qonaq olaraq çağırdığı Ağaoğluna “Cibinizdə nə qədər pul var” sualını yönəltməsi və daha sonra məşhur iş adamının cibindəki pulu çıxarıb saydırması kanal rəhbərliyini narahat edib. Bu verilişdən sonra aparıcı ilə kanal yollarını ayırıb.