Taliban terror təşkilatının lideri Molla Əxtar Mənsur ABŞ-a məxsus pilotsuz uçan aparatın bombardmanı nəticəsində Əfqanıstan-Pakistan sərhədində öldürülüb.
Axar.az xəbər verir ki, əməliyyatın baş tutmasına icazəni ABŞ Prezidenti Barak Obama verib.
Pakistanın Əhməd-Val şəhərində keçirilən əməliyyata bir neçə bombardmançı pilotsuz aparat qatılıb.
Əfqanıstan Baş naziri Abdulla Abdulla Taliban liderinin öldürüldüyünü təsdiqləyib:
“Ötən gün ABŞ rəsmiləri bu barədə bizə məlumat verdi. Öldürülən çox güman ki, Taliban lideridir”.