Bəşər Əsəd hakimiyyətinin nəzarətindəki Suriya həbsxanalarında 2011-ci ilin mart ayından bəri ən azı 60 min adam ölüb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunun minumum 110-unun yaşı 18-dən az olub. Bu haqda insa haqları üzrə Suriya müşahidə şurası (SOHR) Suriya ordusunun və xüsusi xidmətinin məlumatlarını təhlil edərək məlumat yayıb.
Həmin mənbələrdən əlavə, SOHR özü 14450-dən çox ölüm halı üzə çıxarıb. Təşkilatın topladığı məlumata görə, həbsxanalardakı ölümlərin səbəbi işgəncə, aclıq, dərman çatışmazlığı, saxlanma şəraitinin pis olmasıdır.