ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə real namizəd olan milyarder Donald Tramp seçki kampaniyasına 43 milyon dollardan çox pul xərcləyib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Trampın ABŞ Federal Seçki Komissiyasına təqdim etdiyi maliyyə hesabatında qeyd olunubş
ABŞ prezidenti postuna namizədləyinin irəli sürməsi qərarı haqqında rəsmi elandan mayın əvvəlinə qədər Tramp təxminən 56 mln. dollar pul xərcləyib. Aprel ayında deleqatların səs verməsi uğrunda qızğın mübarizə zamanı Tramp təxminən 9.4 mln dollar xərcləyib, onlardan 7.5 mln. dolları onun şəxsi vəsaiti olub.