Şimali Koreyanın diktator lideri Kim Çen In 28 yaşındakı bacısına ər axtarır.
Modern.az saytının “The Times”a istinadən xəbərinə görə, bu barədə Şimali Koreyadan Cənubi Koreyaya qaçan vəzifəli şəxs bildirib.
Kim Çen In onu namizəd siyahısını hazırlamaqla səlahiyyətləndirib. O deyib ki, Şimali Koreya prezidenti 30 nəfərlik siyahı hazırladıb. 6 aydır davam edən axtarışlara baxmayaraq Şimali Koreya lideri bacısına uyğun ər tapa bilməyib.
Həmin şəxs bildirib ki, namizəd aşağıdakı tələblərə cavab verməlidir:
Şimali Koreya Ordusunda xidmət edəcək
Kommunist Partiyasının üzvü olacaq
Ölkənin ən yaxşı universitetlərinin məzunu olacaq
Yaraşıqlı olacaq
Ən azı 1.75 metr boyunda olmalıdır.