Suriya ordusu Deyr əz-Zor şəhərində İŞİD terrorçularını ağır məğlubiyyətə uğradıb.
Axar.az xəbər verir ki, yaranan qarşıdurmalarda 30-dan çox terrorçu öldürülüb.
Bölgədəki bir erməni məzarlığı hökumət qüvvələri tərəfindən azad edilib.
Terrorçulara qarşı hərbi əməliyyatlar İraqda da davam edib.
İraq ordusu və şiə hərbi birləşmələr Trebil sərhəd-keçid məntəqəsini azad edib. Bununla da İraq-İordaniya sərhədində bütün ərazilər terrorçulardan təmizlənib. Ümumilikdə 400 kilometr uzunluğunda sərhəd xətti İŞİD-çilərdən geri alınıb.