Prezident seçilsəm, yalnız İŞİD-ə qarşı mübarizə aparacağam. Bəşər Əsəddən uzaq duracağam.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizdən Donald Tramp deyib.
“Suriya və Əsəddən uzaq duracağam. Çünki bunlar bir-biri ilə bağlıdır. Digər tərəfdən İran və Rusiya Əsədin müttəfiqidir. Durum olduqca qarışıqdır. İŞİD-ə qarşı isə kəskin mübarizəyə start verəcəyəm”, – Tramp bildirib.