Müğənni Natavan Həbibi şəhər restoranlarının birində özünə doğum günü məclisi keçirir.
Musavat.com xəbər verir ki, mərasimdə müğənniyə sürpriz edilib. Dağıstan Mədəniyyət Nazirliyinin rəsmisiBeytulla Cavadov müğənnini səhnəyə dəvət edib və ona Dağıstanın əməkdar artisti adına layiq görülməsi barədə sənəd təqdim edib.
Qeyd edək ki, Natavan Həbibinin təltif edilməsi ilə bağlı sənədi Dağıstan prezidenti Ramazan Abdulatipov şəxsən imzalayıb.