Türkiyəli müğənni İbrahim Tatlısəs Ayşegül Yıldızdan olan qızı Elif Adanın sosial media hesabından maraqlı fotosunu paylaşıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fotoda Elif Ada əlindəki jurnalla diqqət çəkib.
Tatlısəs bu görüntüyə yarızarafatla fikir bildirib:
“Allah səni bu mübarək gündə bizə bağışlasın Elif Ada. Kitab oxuyurmuş atasına oxşamış… Atası Oxford məzunudu axı…”.
Xatırladaq ki, bir müddət əvvəl Dilan Çıtakın doğma qızı olduğunu qəbul edən İbrahim Tatlısəs, bunu İnstaqram səhifəsində paylaşmışdı.