İran əsilli tükiyəli iş adamı Rza Zərrabın vəkili müvəkkilinin ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edib.
Musavat.com-un məlumatına görə, vəkil bunun üçün federal məhkəməyə 50 milyon dollar girov təklif edib. Vəkil ərizəsində həmçinin qeyd edib ki, Zərrab ev dustaqlığına buraxılacağı təqdirdə məhkəmə işi yekunlaşana qədər Menxettendən kənara çıxmayacaq və qapısında iki təhlükəsizlik əməkdaşı növbə çəkə bilər.
Qeyd edək ki, Rza Zərrab ABŞ-ın Menxettin ştatındakı “Metropoliten” həbsxanasında saxlanılır. O İrana qarşı tətbiq olunan sanksiyaları dəlməkdə, bank saxtakarlığına yol verməkdə, kirli pulların yuyulmasında ittiham olunur.
Rza Zərrab məşhur türk müğənnisi Ebru Gündeşlə evlidir.