Bir neçə ay əvvəl dəniz mənzərəli villasını 15 milyon lirəyə satışa çıxardığı deyilən aktrisa Türkan Şoray qızına görə 5 milyon dollar ziyana düşüb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, həmin xəbərdən sonra türk kinosunun “Sultan”ı açıqlama verərək, evinin o qədər ucuz deyil, 15 milyon dollara satıldığını demişdi.
Ancaq aktrisanın istədiyi rəqəmi heç kim o evə verməyib. O, məcbur qalaraq villanı 10,5 milyon dollara satıb. Buna səbəb isə qızı Yağmur Ünalla birgə çəkdiyi “Uzaklarda arama” filmi olub. T.Şoray aldığı puldan 6 milyon dollarına başqa səmtdə yeni villa alıb, qalan pula isə həmin filmdən qalan borcları bağlayıb.
Qeyd edək ki, Şoray “Uzaklarda arama” filmini qızının məsləhəti ilə çəkmiş və ona baş rolu vermişdi