Türkiyənin “Qalatasaray” klubunun ulduz futbolçusu Semih Kaya evlənib. ANS PRESS-in məlumatına görə, Türkiyənin tanınmış futbolçusu özü kimi “Qalatasaray”ın yetirməsi olan basketbolçu Yasemin Saylarla ailə qurub.
Cütlüyün şahidləri “Qalatasaray” klubunun prezidenti Dursun Özbek, Türkiyə millisinin baş məşqçisi Fatih Terim və “Qalatasaray”ın qadın basketbol klubunun kapitanı İşil Alben olub.
İstanbulda yerləşən məşhur “Çırağan Sarayı”nda baş tutan mərasimdə Semihin komanda yoldaşları “Qalatasaray”ın bütün futbolçuları iştirak edib. Semihin şad günündə millidə onunla birgə şıxış edən digər futbolçularda olub. Bu mövsüm Türkiyə çempionu olan “Beşiktaş”lılar da məclisdə tam heyətlə iştirak edib. Mərasimdə diqqət çəkən məqam Semihin milli komanda onunla birlikdə çıxış edən “Fənərbaxça”lıları dəvət etməsinə baxmayaraq toyda “sarı bülbül” dən heç kim iştirak etməyib.