Tətil üçün hər yaz Bodruma gedən aktrisa Pınar Altuğ orada ticarətə başlamağa qərar verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa sırğa mağazası açacaq.
Bir müddətdir sənətinə ara verən Pınar Altuğ özünü biznesinə həsr edib. Ötən günlərdə internet saytlarında satışa çıxartdığı aksessuarları böyük rəğbət qazanan aktrisa, işini böyütməyə qərar verib.
O, bu yaz Yalıkavakda da mağaza açacağını açıqlayıb.