Müğənni Selin Dion həyat yoldaşı Rene Angelini itirdikdən sonra ilk dəfə müsahibə verib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, üç oğlu – Rene Çarlz, Nelson və Eddinin ona həyat yoldaşını xatırlatdığını deyən müğənni bunları bildirib:
“Hər gün onlara baxıram və Reneni görürəm. Gözlərimi yumanda onun səhnədə mənimlə birlikdə olduğunu hiss edirəm. Səsini eşitmirəm, amma onunla danışıram. Məni eşitdiyini hiss edirəm”.
Qeyd edək ki, S.Dionun həyat yoldaşı bu ilin yanvarında dünyasını dəyişib.