15,38 karat çəkisində olan dünyanın ən iri “Unique Pink” (“Unikal Çəhrayı”) çəhrayı brilyantı Cenevrədə “Sotheby’s” hərracında rekord qiymətə – 31,5 mln dollara satılıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hərracın təşkilatçısı Devid Bennet bildirib. “Bu yeni dünya rekordudur… Bu indiyədək çəhrayı brilyanta görə verilən ən böyük məbləğdir”, – deyə Bennet bildirib. Onun sözlərinə görə, nadir brilyantın alıcısı Asiya ölkələrinin birindən fərdi şəxsdir. Qeyd edək ki, brilyant “Sotheby’s” hərrac evi tərəfindən 28-38 milyon dollar dəyərində qiymətləndirilib. Həmin brilyant 5 il əvvəl Cənubi Afrikada mədənlərin birində aşkarlanıb. ABŞ-ın “Cora International” şirkəti (Nyu-York) tərəfindən satışa çıxarılıb.