Ermənistan prezidenti Serj Sarqsyan Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən görüşünə münasibət bildirib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o, görüşü ümumilikdə “normal” adlandırıb. “Normal. Düşünürəm ki, tezliklə bəyanat verəcəklər, eşidəcəksiniz”, – deyə Sarqsyan jurnalistlərin görüşün necə keçməsinə dair sualını cavablandırarkən bildirib.
Görüşdə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri, həmçinin Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro və ABŞ-ın dövlət katibi Con Kerri iştirak ediblər.