Keçmiş sevgililər aktrisa Özge Özpirinçci və aktyor Engin Altan Düzyatan eyni mərasimdə iştirak etmək məcburiyyətində qalıblar.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onlar ayrıldıqdan sonra ilk dəfə həmkarları Kənan İmirzalıoğlu və Sinem Kobalın toyunda bir araya gəliblər.
Özge toya aktyor sevgilisi Burak Yamantürklə, Engin isə həyat yoldaşı Neslişah Alkoçlarla qatılıb. Toyun səbəbkarları vəziyyəti bildikləri üçün onlar üçün bir-birindən aralı yerlər seçib. Neslişahın və Özgenin libaslarında eyni rəngin çalarlarından istifadə etməsi diqqət çəkib.
Xatırladaq ki, Özge və Engin 5 il sevgili olduqdan sonra 2014-cü ildə ayrılmış, aktyor sadəcə 5 həftədir birgə olduğu Neslişahla evlənmişdi.