Son 14 gündə Aralıq dənizində 65 dəfə zəlzələ olub.
Axar.az xəbər verir ki, türk mütəxəssislər belə qısa müddət ərzində bu qədər zəlzələ olmasını təhlükəli vəziyyət kimi qiymətləndiriblər. Onlar son günlərdə tez-tez hiss olunan təkanların dəhşətli bir zəlzələnin xəbərçisi olduğunu deyiblər.
Professor Əhməd Ərcan növbəti 2 il ərzində Türkiyədə 7 baldan çox zəlzələ olacağını açıqlayıb.
Qeyd edək ki, 1999-cu il avqustun 17-də Türkiyənin İzmit şəhərində baş verən 7,6 bal gücündə zəlzələ zamanı 17 min 217 nəfər həlak olub, 43 min 959-u isə yaralanıb. Hadisə zamanı 500 min nəfər evsiz-eşiksiz qalıb.