Ukraynada kunq fu və uşu üzrə keçirilən Avropa Çempionatında qalmaqal yaşanıb.
Modern.az saytı xəbər verir ki, ötən gün azərbaycanlı və erməni idmançıların döyüşü zamanı Dağlıq Qarabağda qurulan separatçı rejimin “bayrağı”nın arenaya gətirilməsi kütləvi davaya səbəb olub.
Rinqdəki idmançılar və onların məşqçiləri, eləcə də döyüşü izləyənlər arasında kütləvi dava düşüb.
Modern.az saytı azərbaycanlı və erməni idmançıları arasında baş verən kütləvi davanın videosunu təqdim edir.