Türkiyəli məşhur dietoloq Qamze Şanlı yaya hazırlanarkən, artıq çəkidən xilas olmağın önəmli detallarını təqdim edib.
Axşam.az Türkiyə mətbuatına istinadən pəhriz proqramını təqdim edir:
Uğurlu pəhriz üçün ilk növbədə balanslı qidalanmağı öyrənməyiniz lazımdır. Enerjinizi, rejiminizi və metabolizmanızı sürətləndirən pəhriz proqramı ilə sağlam həyat tərzinə keçidiniz asanlaşacaq.
Pəhrizə öyrəşməyin 5 qızıl qaydası:
Gün ərzində bədəndə yığılıb qalan su, bağırsaqların işləməməsi kimi bir çox səbəblərdən problemlər yarana bilər.
Qidalanma gündəliyi tutun: Yediyiniz və içdiyinizi qeyd edərək, günün sonunda harada çatışmazlıqların və çoxlu qida qəbulunun olduğunu görə biləcəksiniz.
Həftədə 3-4 dəfə yeriş, qaçış, velosiped, üzgüçülük, rəqs kimi kardiyo məşq, pilates və yoqa edə bilərsiniz.
Metabolizmanızı canlandırın: Sevdiyiniz meyvə və tərəvəzləri əlavə edərək ləzzətli, eyni zamanda zərərli toksinlərdən uzaq tutan şirə hazırlayın.
Çəki itkisini dəstəkləmək üçün gündə 2-2.5 litr su içməyə diqqət göstərməlisiniz. Gecədən bir fincan su içinə (1.5-2 litr); 1 ədəd dilim-dilim kəsilmiş xiyar, 1 ədəd dilim-dilim kəsilmiş yaşıl alma, 1 ədəd qabıqları ilə birlikdə limon və ya portağal dilimi, 2 ədəd darçın çubuğu, 1 çay qaşığı mixək, 4-5 yarpaq təzə nanə əlavə edərək soyuducuda saxlayıb, gün ərzində ətirli suyu qəbul edin.
Beynimizə doyma əmrinin 20 dəqiqədə getdiyini bilirsinizmi? Bunun üçün qidanı yaxşı çeynəmək və yemək yediyimiz müddəti uzatmaq çox əhəmiyyətlidir. Ən doğru yemək yemə şəkli isə stolda oturaraq, kiçik tikələr halında, yavaş-yavaş, ləzzətinə vararaq yeməkdir.
Yaya normal çəki ilə girmək üçün bunları etməliyik:
1: Bütün problemlərinizin çəki atan kimi düzələcəyinə inanın. Uzunmüddətli qidalanma vərdişlərini hədəf seçin.
2.Özünüzü görmək istədiyiniz çəkidə hiss etmək gözəl bir duyğudur. Təxirə saldığınız hər gün sizin üçün vaxt itkisidir. Hisslərinizə, iştahanıza və yemə adətlərinizə nəzarət etməkdə çətinlik çəksəniz, mütləq mütəxəssisə müraciət edin.
3. Gündəlik məşqlərlə məqsədinizə nə dərəcədə nail olduğunuzu bilmək üçün “addımsayar”ın xidmətindən istifadə edin və gündəlik 10.000 addıma nail olmağa çalışın.
4. Çəkinizi qorumaq üçün “ya həmişə, ya da heç məntiqindən” əl çəkin. Bunun yerinə hər şeydən az miqdarda qəbul etməklə, özünüzə nəzarət erməyə çalışın.
5. Qida seçimində tarazlıq yaradın. Çox karbonat qəbul etmisinizsə, növbəti gün bu cür qidalardan qaçın.
6. Duzu azaldın və metabolizmanı gücləndirən ədviyyatlara yer açın. Toz zəncəfil, zərdəçal, qırmızı pul bibər, kəklikotu və keşnişi mütləq yemeklərinizə və ya salata əlavə edin.
7. Susamağı gözləməyin. Sidik rənginiz tünd sarı rəngdədirsə, deməli kifayət qədər su qəbul etmirsiniz. Böyrəkdə yığılan toksinləri atmaq üçün hər gün ən az 2 litr su içməyi vərdiş halına gətirin.
8. Alkoqol qəbulunu mümkün qədər azaldın, həm bədəndə şişlər yaradır, həm də ciddi kalori qəbuluna səbəb olur. Əgər qəbul etməkdə israrlısınızsa, o zaman spirt nisbəti aşağı olanına üstünlük verin.
9. Yeməkdən sonra şirniyyata keçməzdən əvvəl 20 dəqiqə gözləyin. Bu müddətdə beyin doyduğunuzun siqnalını alacaq. Beləliklə lazımsız şəkər və yağ qəbul etməyəcəksiniz.
10. Həm çəkinizi həm də bel dairənizi nəzarət etmək üçün taxıl məhsulları, kəpəkli düyü, bolqar, buğda çörəyi kimi lifli qidalara üstünlük verin.
11.Özünüzdə doyma hissi yaratmaq üçün ayaqüstü qəlyanaltı, televizor seyr edərkən, telefonda danışarkən, bir yerdən bir yerə gedərkən, taksidə və ya arabada yemək yeməməyə çalışın.
12. Günorta yeməyinə diqqət edin. Beləliklə, qan şəkəriniz tarazlıqda qalar, aclığınızı daha asan nəzarət altına ala bilərsiniz.
13. Nə qədər pay yeyəcəksinizsə, bundan kənara çıxmayın. Əsas yemək üçün kiçik, salat üçün böyük boşqaba üstünlük verin.
14.Omega 3 mənbəyi olan balığı həftədə 2-3 gün mütləq yeməyə çalışın. Yaxud, hər gün 1000 mq omega 3 qəbul edin.
15. Çay və qəhvədə şəkər istifadə edirsinizsə, dayandırın. Gündə 5 şəkər əskik alaraq, ildə 5 kq zəifləyərsiniz.
16. Kremli neskafelərdən uzaq durun. Seçiminiz sadə qəhvə, yağsız süd olsun.
17.Tərkibi şirin qazlı içkilər qəbul etməyin. Qazlı su şəkər istəyinizə təkan verir.
18.Düzgün qida axtaran zaman tərkibində kalori, yağ, karbohidrat, şəkər və duz dəyərlərini, eyni zamanda son istifadə tarixlərini incələyin.
19. Gündə 3 fincan yaşıl çay için. Ağ çay, rooibos çayının da kilo vermədə təsiri olduğu sübut olunmuşdur. Bitki çayınıza darçın, mixək və ya limon atmağınız məsləhətdir.
20. Süd, qatıq, pendir və ətin yağsız hissələrinə üstünlük verin.