İŞİD terror qruplaşması Türkiyənin müdaxiləsinə qarşı hazırlıq görür, Türkiyə-Suriya sərhəd xəttinə minalar düzməklə yanaşı, Azez-Cerablus bölgəsinə də xeyli döyüşçü toplayır.
Axar.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzeti məlumat yayıb. Məlumata görə, son bir ay ərzində 700-ə yaxın İŞİD döyüşçüsü Rakkadan Hələbə göndərilib. Digər tərəfdən isə Palmiradakı İŞİD-çilər də avtobuslarla Cerablusa gəlib. Cerablusdakı terrorçuların döyüşə hazır vəziyyətə gətirildiyi bildirilib. İŞİD-çilərin Türkiyə Silahlı Qüvvələrinə qarşı hazırlıq tədbirləri gördüyü ehtimal olunur. Qeyd edək ki, Azez-Cerablus xətti Türkiyənin təhlükəsiz bölgə olaraq beynəlxalq ictimaiyyətə təklif etdiyi ərazidir.