Bakı polisi külli miqdarda narkotiki ələ keçirib.
Bakı şəhər Baş Polis İdarəsindən Axar.az-a verilən məlumata görə, ötən gün, mayın 12-də Bakı şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin Suraxanı Rayon Polis İdarəsi ilə birgə keçirdiyi əməliyyat nəticəsində Əmircan qəsəbə sakini Məmməd Məmmədovun həyətindən 2315 ədəd çətənə kolu, evindən 215 ədəd kibrit qurusunda qablaşdırılmış ümumi çəkisi 516 qram olan marixuana və əlavə iki kiloqram marixuana aşkarlanaraq götürülüb.
Polis tərəfindən saxlanılan Məmməd Məmmədov barəsində cinayət işi açılıb, istintaq gedir.