Загрузка...

80019_a4vh4m4fhd

 

“Niyə aktrisaları bu qədər təhqir edirlər? Özü də kişilər sosial şəbəkədə xanım sənət adamlarının ünvanına söyüşlər yazırlar. Buna son qoymaq lazımdır”.

Bu sözləri Axşam.az-a açıqlamasında aktrisa Könül Yusifqızı deyib. Aktrisa sosial şəbəkədə onu təhqir edən rejissoru məhkəməyə verəcəyini bildirib:

“Rejissorluq fakültəsini bitirən bir gənc mənim “My name is İntiqam” filmindəki görüntümü paylaşıb və təhqirlər yazıb. Mən tənqidə açıq insanam. Amma bir adamın şəxsiyyətini təhqir edib, nalayiq söyüşlər yazmaq nə dərəcədə düzgündür? Bunu adi bir insan etsəydi, məni incitməzdi. Amma böyük sənətkarlardan dərs alan rejissor aktrisaya oynadığı obraza görə söyür. Mənə yazıb ki, “Bu qadın elə həyatda da yüngül əxlaqlıdır. Bunun yiyəsi yoxdur”. Bu sözü yazan qadın olsaydı, deyərdim, paxıllıq edir. Kişi bir xanıma belə söz yazırsa, buna nə ad qoyum?”.

K.Yusifqızı qarşı tərəfi polisə şikayət edəcəyini gizlətməyib:

“Mənim oynadığım obrazla həyatımı müqayisə etməyin. Mən aktrisa olarkən bütün riskləri gözə almışam. Hətta açıq-saçıq səhnələrdə belə çəkilməyə razıyam. “Gürzə” filmindəki obrazım böyük səs-küy yaratmışdı. Oradakı roluma görə “İlin ən yaxşı mənfi rol ifaçısı” mükafatını almışam. Həmin mükafat Qızıl Fondda saxlanılır.

Kişilər evdə ailəsi ilə birlikdə oturub “Aşkı memnu”, “Kara sevda”dakı öpüşmə səhnələrinə baxır, alqışlayırlar. Bizim aktrisalar elə obrazda çəkiləndə qınanırlar? Elsaq Allahverdiyev adlı həmin rejissoru məhkəməyə verəcəyəm. Polis bu cür hallara ölçü götürməli, qarşısını almalıdırlar. Kim və nə onu bu cür əxlaqsız sözlər yazmağa vadar edir ki?

Mən yeni çıxan aktrisa deyiləm. İrəvan Teatrında, Gənc Tamaşaçılar Teatrında işləmişəm, aparıcılıq etmişəm, bir çox filmlərdə, seriallarda rol almışam. Bu cür təhqiredici sözlər mənə toxunur. Mənə yazıb ki, yiyəsi yoxdur. Mənim atam 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Atam bu dövlət üçün canını fəda edib. Bir şəhid qızına belə fikirlər yazan kişi utansın. Bir qadının cinsiyyət orqanını güdmək namus deyil. Namus gedib cəbhədə vuruşmaqdır, torpaq qeyrəti çəkməkdir”.

Qeyd edək ki, özünü rejissor adlandıran gənc aktrisanın bu videosunu paylaşıb.