Müğənnilər 24 yaşlı Azealia Banks və keçmiş “One Direction” üzvü Zayn Malikin Tvitterdəki qalmaqalı böyüyür.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Banksın Zaynla mübahisə zamanı istifadə etdiyi homofobik (homoseksuallara qarşı qərəzli olmaq) və irqçi tvitləri onun İngiltərədə keçiriləcək “Born and Bred” festivalından qovulmasına səbəb olub.
Qeyd edək ki, qadın repçi Z.Malikin “Like I Would” adlı yeni klipində ondan təsirləndiyini iddia edib. Azealia daha sonra isə əsəbiləşərək Zayna “gey” deyib. Festival təşkilatçıları da buna görə onu proqramdan uzaqlaşdırıblar. İfaçı üzr istəsə də, rəsmi açıqlamada onun yenidən heyətə daxil edilməyəcəyi vurğulanıb:
“Biz bərabərliyə inanırıq. Bu festival hər mədəniyyətdən və cinsdən olan insanları bir araya gətirir. Ona görə də Azealia Banksı uzaqlaşdırdıq”.