Bu gün “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutacaq.
Axşam.az-ın məlumatına görə, İsveçin paytaxtı Stokholmda yerləşən “Qloben” arenada baş tutacaq gecədə 18 ölkənin təmsilçiləri səhnəyə çıxacaq və mahnılarını oxuyacaqlar. Onlardan yalnız onu finala vəsiqə qazanacaq.
Bugünkü yarımfinalda Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçika çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Səmra Rəhimli birinci yarımfinalda səhnəyə çıxıb və finala vəsiqə qazanan iştirakçılardan olub.
Yarışmanın finalı mayın 14-də baş tutacaq.