80033_uamqeraplk

 

Əməkdar artist Baloğlan Əşrəfov gənc ifaçıları tənqid edib.

Axşam.az-ın məlumatına görə, müğənni “Hər şey daxil” verilişində onları oxuya bilməməkdə günahlandırıb:

“Eynək taxıb verilişə çıxırlar, bəzənirlər ki, efirdə yaxşı görünək. Yaxşı görünməyin, yaxşı oxumağa çalışın. Bərli-bəzəkli oğlanlarımız nə gündə oxuyurlar. Bir dəfə gözümdən əməliyyat olunmuşdum. Efirə eynəklə çıxdım. O qədər utandım ki, eynəyi çıxarıb atdım”.