Səudiyyə Ərəbistanı öz ordusunu Suriyaya göndərməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu “Frans-24” telekanalına müsahibəsində Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adel əl Cübeyr söyləyib.
Onun sözlərinə görə, Ər-Riyad Suriyaya təkbaşına yox, yalnız ABŞ-la birgə girməyə razıdır. O, ABŞ-ın Suriyaya ordu yeritmək ehtimalının çox olduğunu bildirib.