“İkinci şans” filmində Özcan Dənizlə baş rolda çəkiləcək türkiyəli aktrisa Nurgül Yeşilçay, sosial media hesabından paylaşdığı fotoyla filimdə qızını oynayacaq aktrisanı tanıdıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Paramparça”dan ayrılmasına baxmayaraq, serialda qızlar obrazını canlandıran Alina Boz və Leyla Tanlar ilə görüşməyə davam edən Nurgül Yeşilçay, gənc aktrisalara “qızlarım” deyir.
Baş rollarını paylaşdığı “İkinci şans” filminin çəkilişlərindən sonra çəkdiyi fotoları Instagram hesabından bölüşən aktrisa hər iki filmdəki “qızlarını” unutmayıb. Nurgül hazırkı filmində qızını canlandıracaq olan gənc aktrisa Afra Saraçoğlu ilə bir fotoşəkil bölüşərək “Leyla Tanlar, Alina Boz və sonrakı qızım Afra Saraçoğlu. Hər üçünə heyranam” şərhini yazıb.