Dost və müttəfiq ölkələr İŞİD-lə effektiv mübarizə aparmaq üçün daha yaxından əməkdaşlıq etməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Con Kerri ilə görüşü zamanı deyib.
O, NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında da terrorla mübarizə məsələsinin yenidən gündəmə gətirəcəyini bildirib.